Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Hazırda oxunan: Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

629595

Bu gün saat 04:30 radələrində xəsarət alması səbəbilə 3 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb.

Qeyd edək ki, Gəncədə 43 yaşlı kişini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalara əsasən, hadisə tərəflər arasında söyüş üstündə yaranmış mübahisə zamanı baş verib.

Hadisə nəticəsində həyatını itirən şəxs 1983-cü il təvəllüdlü A. Yusifovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO