Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO

Hazırda oxunan: Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO
629538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın paytaxtı Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi dayandırılıb.

Bizim.Media xəbər verir ki, elektrik təchizatı təxminən saat 20:15 radələrində kəsilib.

Məlumata görə, kəsinti dəmir yolu nəqliyyatının işinə də təsir edib. Bəzi marşrutlar üzrə hərəkətdə fasilələr yaranıb.

Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama yayılmayıb.
 

Xatırladaq ki, analoji kütləvi elektrik kəsintiləri iyulun 24 və 25-də də qeydə alınmışdı. Aparılan ilkin araşdırmalarda iyuldakı qəzaların Azərbaycan enerji sistemindən qəfil ayrılma və "İmereti" yüksəkgərginlikli elektrikötürmə xəttindəki nasazlıqlar səbəbindən baş verdiyi bildirilirdi.


Ard-arda təkrarlanan bu genişmiqyaslı kəsintilərlə bağlı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məcəlləsinin "sabotaj" maddəsi ilə rəsmi təhqiqat aparılır.



Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO