Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Hazırda oxunan: Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı
629576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Trampı daşıyan “Marine One” helikopteri Vaşinqton üzərində sərnişin təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb.

Bizim.Media xəbər verir ki, insident Trampın olduğu helikopter Ağ Ev ərazisindən havaya qalxarkən qeydə alınıb.

ABŞ mediasının yazdığına görə, “Marine One” ekipajı qalxışdan əvvəl Ronald Reyqan Hava Limanının dispetçer qülləsi ilə üç dəfə əlaqə saxlamağa çalışıb. Lakin radio rabitəsində yaranan nasazlıq səbəbindən dispetçer bu xəbərdarlıqları qəbul etməyib.

Bundan sonra prezident helikopteri marşrutunu davam etdirərkən hava limanından eyni vaxtda havaya qalxan sərnişin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

İlkin məlumatlara əsasən, iki hava gəmisi arasındakı məsafə üfüqi istiqamətdə təxminən 1,3 kilometrə, şaquli istiqamətdə isə 210 metrə qədər azalıb.

Ağ Ev hadisəni “təhlükəsiz məsafə pozuntusu” kimi qiymətləndirib. Rəsmilər insident zamanı Trampın həyatının təhlükə altında olmadığını bildiriblər.

Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO