Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Hazırda oxunan: Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

629558

Gürcüstanın enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Giorgi Phangani məlumat verib.

Onun sözlərinə görə, qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün hazırda hadisənin ətraflı təhlili aparılır.
 

“Bu gün Dövlət Elektrik Sistemi "Enguri" SES-in bloklarında planlı sınaqlar keçirib. Məqsəd 24 və 25 iyul tarixlərində baş verən qəzaları nəzərə alaraq sistemdəki zəif nöqtələri müəyyən etmək və qiymətləndirmək idi. Sınaq digər tədbirlərlə yanaşı, Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə işləməsini də əhatə edib.


Bu rejim, enerji sisteminin tamamilə bağlanması ehtimalı da daxil olmaqla, əhəmiyyətli texniki risklərlə əlaqələndirilirdi”, - deyə Giorgi Phangani bildirib. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO