Gömrükçülərimiz Gürcüstandan gətirilən minik avtomobillərində YOXLAMA apardı – SƏBƏB/FOTO

Gömrükçülərimiz Gürcüstandan gətirilən minik avtomobillərində YOXLAMA apardı – SƏBƏB/FOTO

Hazırda oxunan: Gömrükçülərimiz Gürcüstandan gətirilən minik avtomobillərində YOXLAMA apardı – SƏBƏB/FOTO

629611

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bizim.Media-ya DGK-dan məlumat verilib.

Bildirilib ki, idarənin "Mazımqara" gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana "minik avtomobilləri" yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO