Nəriman Axundzadənin yeni müqaviləsinin detalları AÇIQLANDI

Nəriman Axundzadənin yeni müqaviləsinin detalları AÇIQLANDI

Hazırda oxunan: Nəriman Axundzadənin yeni müqaviləsinin detalları AÇIQLANDI

629627

Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadənin Türkiyənin "Erzurumspor" klubu ilə bağladığı müqavilənin detalları bəlli olub.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, "Erzurumspor" klubu 22 yaşlı hücumçunu gələcəkdə tam olaraq öz heyətinə qatmaq hüququna sahibdir.
 

Belə ki, Ərzurum təmsilçisi gənc futbolçunu ABŞ-ın "Kolambus Kryu" komandasından birmövsümlük icarə əsasında heyətinə cəlb edib. Tərəflər arasında imzalanan sənəddəki xüsusi bəndə görə, Türkiyə klubu gələn ilin yayında tələb edilən təzminat məbləğini ödəyərək hücumçunun tamhüquqlu sahibi ola bilər.


Xatırladaq ki, "Kolambus Kryu" Axundzadəni bu ilin əvvəllərində "Qarabağ"dan 2.5 milyon avro müqabilində transfer etmişdi. Hazırda isə futbolçumuzun transfer bazarındakı dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO