AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA
629613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi redaksiyamıza Rahat marketdən alınmış kolbasa məhsulunun istifadə tarixinin dəyişdirilməsi ilə bağlı şikayət daxil olmuşdu.

Vətəndaşın göndərdiyi fotoya əsasən Pınar firmasının “Aç Bitir” kolbasa məhsulunun üzərindəki istehsal tarixinin altında silinmiş başqa rəqəmlərin də izləri aydın göründüyü üçün məhsulun istifadə müddətinin bitməsi ehtimalı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik.

Agentlikdən Bizim.Media-ya bildirildi ki, müraciət əsasında məsələ ilə bağlı mağazada məhsullara müvafiq baxış keçirilib.

İddiada qeyd olunan tarixdə istehsal edilmiş məhsullar üzrə yoxlama nəticəsində yararlılıq müddətinin dəyişdirilməsinə və ya silinməsinə dair hər hansı fakt aşkar edilməyib.

Qeyd edək ki, Rahat Marketlər şəbəkəsindən də daha öncə iddia təkzib olunaraq  bildirilib ki, mallar daşınan zaman məhsulların üst-üstə yığılması nəticəsində bir-birinə yapışır və yazıların mürəkkəbi digər kağızlara keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO