Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Hazırda oxunan: Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı
629571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yəmən sahillərində naviqasiya təhlükəsizliyinə təhdid yaradan növbəti insident qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) xəbər verir ki, hücum Yəmənin Ədən liman şəhərindən 95 dəniz mili cənub-şərqdə qeydə alınıb.

Mərkəzin rəsmi hesabatında qeyd olunur ki, tankerin kapitanı gəminin bilavasitə yaxınlığında güclü partlayış səsi eşitdiyini bildirib.
 

Hadisə rəsmi olaraq "hücum" kimi təsnif edilsə də, ilkin məlumatlara görə, partlayış nəticəsində gəmiyə ciddi ziyan dəyməyib və heyət üzvlərindən xəsarət alan olmayıb.


Xatırladaq ki, bu hadisədən bir gün əvvəl Hindistana məxsus "Faize Noore Oliya" adlı yük gəmisi Yəmən suları yaxınlığında dəniz minası daşıyan (kamikadze) katerin hücumuna məruz qalaraq batıb. Həmin hadisə zamanı Yəmən Sahil Mühafizəsi tərəfindən xilas edilən Hindistan ekipajı tam heyətlə Moha limanına təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO