Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR
629596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları başa çatıb.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bu il tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayının 2025-ci ildəki 2396 nəfərdən 2026-cı ildə 3332 nəfərə yüksəldiyini (936 nəfərlik və ya 39% artım) müşahidə edilib.

"Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 34.52%, 2026-cı ildə 41.1% olub. Bu göstəricilər təsdiq edir ki, müraciət edən abituriyentlərin kəmiyyət artımı özünü keyfiyyət yüksəlişində də büruzə verib", - məlumatda qeyd olunub.

Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış olmaq mümkündür.

Həmçinin bildirilib ki, bu il ümumi orta təhsil bazasında qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayı 2025-ci ildəki 2143 nəfərdən 2026-cı ildə 1954 nəfərə qədər azalıb (189 nəfər və ya 8.8% azalma). Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 53.9%, 2026-cı ildə isə 55.4% olub.

Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO