İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Hazırda oxunan: İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

629600

Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraqİmtahana buraxılış vərəqəsini çap etməlidirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İştirakçılar Yaddaş kitabçasıilə buradan tanış ola bilərlər.
 
İmtahanda iştirak etmək üçün 1350 namizəd (121 nəfər direktor, direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO