Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hazırda oxunan: Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

629537

İran və Oman danışıqların yekununda Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqai öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hazırda iki ölkənin birgə bəyanatı yekun baxış və hazırlanma mərhələsindədir.

O, "bəzi üçüncü tərəflərin" bu vəziyyətin nizamlanması yolunda maneələr törətməyəcəyinə ümid etdiyini bildirib.
 

"İran və Oman arasındakı razılaşma təkbaşına boğazdan keçən gəmilərin təhlükəsizliyinin təmin olunması mənasına gələ bilməz", – deyən İran XİN-in mətbuat katibi, Ormuz boğazında vəziyyəti qeyri-sabit edən digər amillərin də olduğunu qeyd edib.


O, xüsusilə ABŞ tərəfindən İrana qarşı tətbiq edilən dəniz blokadasını və digər aqressiv, təhdidədici addımları vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO