Xəstəliklə mübarizə aparan Musa Yaqub:
 “Ölümdən qorxmuram”

Xəstəliklə mübarizə aparan Musa Yaqub: “Ölümdən qorxmuram”

Hazırda oxunan: Xəstəliklə mübarizə aparan Musa Yaqub: “Ölümdən qorxmuram”

220741

Bir müddət öncə səhhəti pisləşən tanınmış şair Musa Yaqub İsmayıllının Buynuz kəndindəki evində müalicə olunur.

Moderator.az xəbər verir ki, yenicag.az-a açıqlama verən şair səhhətində nisbətən irəliləyiş olduğunu bildirib:

“Vəziyyətim çox ağır idi, indi-indi özümə gəlirəm. Yeriyə bilmirəm, ayaqlarım tutulur, güclə nəfəs alıram. Amma bir ay əvvələ baxanda, yaxşıyam. Bəlkə də insanların duası mənə kömək oldu. Mən onda bildim ki, məni nə qədər istəyən insanlar var. Bütün Azərbaycandan mənə zənglər oldu, hamısı dedi ki, gələk səni öz pulumuzla İrana, Türkiyəyə aparaq müalicə etdirək, razı olmadım. Allahın yazdığı bir ömür qisməti var, ölümdən qorxmuram. Allah mənə görə qanunları dəyişəsi deyil ki, vaxtım tamam olanda mən də gedəcəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO