Siyavuş Novruzovdan bəzi aparıcılara SƏRT TƏNQİD: “Hamıya ağıl verib, dərs keçirlər”

Siyavuş Novruzovdan bəzi aparıcılara SƏRT TƏNQİD: “Hamıya ağıl verib, dərs keçirlər”

Hazırda oxunan: Siyavuş Novruzovdan bəzi aparıcılara SƏRT TƏNQİD: “Hamıya ağıl verib, dərs keçirlər”
219657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hər gün oğul atasını, ər arvadını, qardaş bacısını bıçaqladı xəbərlərinə rast gəlirik. Bunun qarşısı alınmalıdır. Bu gün bu sahə ilə maarifləndirmə işləri aparacaq olan informasiya kanallarında qızışdırıcı verilişlər yayımlanır”.

Bizim.Media xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

Milli Məclisin üzvü bəzi televiziya kanallarında yayımlanan sosial verilişlərdəki aparıcı və ekspertlərin fəaliyyətini pisləyib:

“Bir nəfər oturub orada həm prokurordur, həm vəkildir, həm polisdir. Sən bir verilişin aparıcısısan, hamıya ağıl verirsən, hamıya dərs keçirsən, prokurordan, polisdən, məhkəmədən nəsə tələb edirsən. Sən aparıcısan, hüquq təhsilin yoxdur.

Ora dəvət olunan ekspertlər harada formalaşıblar, bu incəsənət xadimidirsə, demək ondan ekspert ola bilər?!

İkinci məsələ seriallardır. Bu serialların çəkilməsinə vəsait ayrılır ki, insanların mənəvi aləmini zənginləşdirsin. Keçmişdə oğlanlar Koroğluya, Babəkə, qızlar-gəlinlər Həcərə oxşamaq istəyirdilərsə, indi onlar bu serial qəhrəmanlarına oxşamaq istəyirlər. O özəl televiziyaya heç kəs ixtiyar verməyib ki, millətin mənəviyyatına toxunsun”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO