Şəkidə maskalı şəxslər tutuldu – FOTO/VİDEO

Şəkidə maskalı şəxslər tutuldu – FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə maskalı şəxslər tutuldu – FOTO/VİDEO
219263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Sadiq Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar. Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Şəkidə maskalı şəxslər tutuldu – FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO