İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istədilər – FOTO

Hazırda oxunan: İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istədilər – FOTO
219195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. 
 

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 


Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram tiryək; 3 kq 60 qram heroin) aşkar olunaraq götürülüb. 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istədilər – FOTO - foto 1
İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istədilər – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO