Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərdə neçə şagird TƏHSİL ALIR?

Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərdə neçə şagird TƏHSİL ALIR?

Hazırda oxunan: Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərdə neçə şagird TƏHSİL ALIR?
218576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-2024-cü ildə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrində ümumilikdə 5464 şagird təhsil alır.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onlardan 3244-ü xüsusi ümumtəhsil məktəblərində, 2220 şagird isə internat tipli xüsusi ümumtəhsil müəssisələrində təhsil alır.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 16 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Onlardan 9-u internat tiplidir.
 

Bundan əlavə, Azərbaycanda 7 xüsusi təhsil müəssisəsi əqli pozuntuları olanlar üçün, 2 xüsusi təhsil müəssisəsi görmə pozulmaları olanlar üçün, 2-si eşitmə pozulmaları olanlar üçün, 1-i dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar üçün, 2-si nitq pozulmaları olanlar üçün fəaliyyət göstərir.



Qeyd edək ki, 2023-2024-cü illərdə əqli(psixi) pozulmaları olanlar üçün fəaliyyət göstərən 7 xüsusi təhsil müəssisəsində ümumilikdə 3434 şagird təhsil alır.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO