Şəkinin görkəminə xələl gətirən sahibkar HƏBS EDİLDİ

Şəkinin görkəminə xələl gətirən sahibkar HƏBS EDİLDİ

Hazırda oxunan: Şəkinin görkəminə xələl gətirən sahibkar HƏBS EDİLDİ
218202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki şəhərində yerləşən "Şərifoğlu" tikinti materialları mağazasının sahibi həbs edilib.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, 36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
 

Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.


Növbəti monitorinq zamanı S.Kərimli polis əməkdaşlarının tələbinə qarşı çıxıb və satış üçün nəzərdə tutulmuş malları anbara daşımayıb.

Onun barəsində İXM-in 510 və 535-ci maddələrinə əsasən, protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şəki Şəhər Məhkəməsinin qərarı ilə sahibkara 15 sutka inzibati həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO