Peşəkar mühasib olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu gün imtahan var

Peşəkar mühasib olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu gün imtahan var

Hazırda oxunan: Peşəkar mühasib olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu gün imtahan var
216870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirir.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan vermək üçün 1462 nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

Üç saat davam edən imtahanda peşəkar mühasib sertifikatı növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO