Rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ
216521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bizim.Media xəbər verir ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Balakən, Qax, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Oktyabrın 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO