FAKTİKİ HAVA: Şimşək çaxır, leysan yağır

FAKTİKİ HAVA: Şimşək çaxır, leysan yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Şimşək çaxır, leysan yağır
216441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 15 mm, Daşkəsəndə 14 mm, Göygöldə 9 mm, Gəncədə 6 mm, Biləsuvar, Qəbələ, Mingəçevirdə 4 mm, Kəlbəcərdə 3 mm, Şəki, Şəmkir, Zərdab, Kürdəmir, Goranboy, Yevlax, Tərtər, Astara, Şuşa, Zəngilan, Füzuli, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Ordubad, Naftalan, Balakən, Tovuz, Zaqatala, Oğuz, Qobustan, Qusar, Qrız, Şahdağ, Bərdə, Sabirabad, Şirvan, Neftçala, Yardımlı, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 2 mm, Bakı, Maştağada 1 mm-dək olub.

Sumqayıt, Goranboy, Göygöl, Gəncə, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, Balakən, Şamaxı, Qobustan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO