Albaniya prezidenti Azərbaycana gəlir

Albaniya prezidenti Azərbaycana gəlir

Hazırda oxunan: Albaniya prezidenti Azərbaycana gəlir

213048
Albaniya prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək.xa0

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Albaniya prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub. İ.Metanın forumda Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunan panel müzakirələrdə iştirakı gözlənilir.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Forumun işində İ.Meta ilə yanaşı, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin iştirakı gözlənilir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Albaniyanın sabiq prezidentləri Pexhep Meidani, Sali Berişa, Bamir Topi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür və onlar əvvəlki forumlarda, təşkilatın digər toplantılarında təmsil olunublar.xa0

Xatırladaq ki, ötən ilin aprelindən ölkəsinə rəhbərlik edən İ.Meta daha əvvəl Albaniyanın baş naziri, xarici işlər naziri və parlamentin sədri vəzifələrində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO