Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə BAŞLADI

Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə BAŞLADI

Hazırda oxunan: Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə BAŞLADI
211984
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb.

Bizim.Media xəbər verir ki, forumun əsas mövzuları “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi və “Yaşıl Qarabağ”dır.

Məqsəd regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl layihə"lərin beynəlxalq arenada tanıdılmasıdır.

Forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı beyin mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri daxil olmaqla 500-dən çox nümayəndə, o cümlədən diplomatik və beynəlxalq missiyaların Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO