Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri AÇIQLANDI

Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri AÇIQLANDI

Hazırda oxunan: Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri AÇIQLANDI
210876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələrinin elan edilməsi başa çatıb.

Bizim.Media verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Nəticələr barədə məlumatlar //portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib.

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr tarixləri arasında (saat 18:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduqları müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Təhsil haqqında diplom;

Şəxsiyyət vəsiqəsi;

Sağlamlıq haqqında arayış.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi, onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan Muxtar Respublikası və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 388 nəfər müsahibədə iştirak edib və 245 şəxs uğurlu nəticə göstərərək sənədlərini təqdim etmək üçün dəvət alıb. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO