Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb – FOTO/VİDEO

Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb – FOTO/VİDEO

Hazırda oxunan: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb – FOTO/VİDEO
210856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 25 əməliyyat keçirilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, nəticədə narkoşəbəkənin daha 30 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 15-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 352 kiloqram heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 min ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. 

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir. 



Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb – FOTO/VİDEO - foto 1
Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb – FOTO/VİDEO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO