MEDİA-nın Naxçıvan regional idarəsinin Əsasnaməsi TƏSDİQLƏNDİ

MEDİA-nın Naxçıvan regional idarəsinin Əsasnaməsi TƏSDİQLƏNDİ

Hazırda oxunan: MEDİA-nın Naxçıvan regional idarəsinin Əsasnaməsi TƏSDİQLƏNDİ
209789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. 

Bildirilib ki, Müşahidə Şurasının bu gün iclası keçirilib, sədr Dağbəyi İsmayılovun rəhbərliyi ilə görüşdə Şuranın üzvləri - Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media sektorunun müdiri Kamran Həsənov, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov iştirak edib. 

Qeyd edilib ki, iclasın gündəliyinə uyğun olaraq, dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi” təsdiq edilib. 

Bununla yanaşı, cari il üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri, Agentliyin strateji məqsədləri və planları, icra ediləcək tədbir və layihələrə dair ətraflı müzakirələr aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO