Seçilsələr, 7-ci dəfə deputat olacaqlar

Seçilsələr, 7-ci dəfə deputat olacaqlar

Hazırda oxunan: Seçilsələr, 7-ci dəfə deputat olacaqlar
209534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin “Exit poll” nəticələri açıqlanıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu nəticələrin rəsmi rəqəmlərdən ciddi fərqlənməyəcəyi ehtimal olunur.

“Exit poll” nəticələrinə əsasən, 4 nəfərin 7-ci dəfə parlament üzvü olacağı gözlənilir.

Bunlardan biri 78 yaşlı Mixail Zabelindir. 34 saylı Xətai İkinci seçki dairəsindən seçildiyi ehtimal olunan Zabelinin 1995-ci ildən mandatı var.

66 yaşlı İmamverdi İsmayılov da 7-ci dəfə deputat mandatı almağa çox yaxındır. O, “Exit poll” nəticələrinə görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lideridir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş 79 saylı Eldar İbrahimovun da seçilmək şansı yüksək qiymətləndirilir. O, seçiləcəyi təqdirdə parlamentin ən qocaman deputatlarından olacaq.

1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə “Exit poll” nəticələri açıqlanmasa da, Ziyafət Əsgərovun daha şanslı namizəd olduğu ehtimal edilir. Seçiləcəyi təqdirdə, o da 7-ci dəfə deputat mandatını qazanmış 4 millət vəkilindən biri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO