Ədliyyə Nazirliyində yeni rəis təyinatı - FOTO

Ədliyyə Nazirliyində yeni rəis təyinatı - FOTO

Hazırda oxunan: Ədliyyə Nazirliyində yeni rəis təyinatı - FOTO
208519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib. O, həmçinin yeni yaradılan Məhkəmə Ekspertizası Şurasının katibi olub.

E.Albəndov bu təyinatadək Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elşən Albəndov 22 il prokurorluq orqanlarında çalışıb. O, əvvəllər müstəntiq, dövlət ittihamçısı, habelə Dövlət ittihamının müdafiəsi üzrə idarədə şöbə rəisi, eləcə də, Baş Prokurorluğun müxtəlif idarələrində idarə rəisinin müavini vəzifələrində işləyib.

Onun prokurorluqda sonuncu vəzifəsi isə Prokurorluqda istintaqa nəzarət idarəsində rəis müavini olub.

Ədliyyə Nazirliyində yeni rəis təyinatı - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO