Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA

Hazırda oxunan: Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA
208051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələri açıqlanıb. 

Tələbə adını qazananlar sırasında məşhurların da övladları var.

Bizim.Media sözügedən siyahını təqdim edir:

Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin qızı Bakı Dövlət Universitetində ali təhsil alacaq.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 1

Xalq artisti Sənubər İsgəndərlinin nəvəsi Nəzrin tələbə adını qazanıb.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 2

Tanınmış aparıcı Zaur Kamalın oğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 3

Digər tanınmış simalardan birinin oğlu Fərid Vəliməmmədov da tələbə adını qazanıb. O, 692 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olunub.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 4

Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqü Hüseynov və aktrisa Şəbnəm Hüseynovanın oğlu Ülvi Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə qəbul olub.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 5

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Şıxəliyevin oğlu Cavidan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanıb.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 6

Şair Zahir Abbasın oğlu isə Azərbaycan Kooperasiya Universitetinə daxil olub. Abbaszadə Həsən Zahir oğlu İqtisadiyyat fakültəsi, marketinq ixtisası üzrə təhsil alacaq.

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA - foto 7


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO