
- A-
- A
- A+
Gəncə və Göygöldə zəhərlənənlərin son DURUMU
Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatdı
Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən isə 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3-ü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, Gəncədə keçirilən yas mərasimində 100-dən artıq şəxs zəhərlənib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib.
Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































