Cəmi 4 gün sonra...  Şuşada böyük görüş gözlənilir – DEPUTAT AÇIQLADI

Hazırda oxunan: Cəmi 4 gün sonra...  Şuşada böyük görüş gözlənilir – DEPUTAT AÇIQLADI

20504

“Əziz Şuşa 29 ildən sonra 8 mayı azad qarşılayır. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Mədəniyyət paytaxtımız Azərbaycan üçün eyni zamanda geosiyasi və geoiqtisadi baxımdan vacib şəhərdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda 3 beynəlxalq hava limanına nə ehtiyac var? - Deputatdan AÇIQLAMA


“Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensiala malik olduğunu göstərir.

20.9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib. 1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi”.

Deputat vurğulayıb ki, turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur: 

“Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi.
 

Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığnda yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi. Füsunkar gözəlliyi ilə seçilən Cidir düzündə 1992-ci ilədək hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.


Növbəti festival isə cəmi 4 gün sonra yenidən keçiriləcək. Şüşaya həyat və gülüş yenidən qayıdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO