Ağadadaş Ağayevin qulağına nə olub?

Ağadadaş Ağayevin qulağına nə olub?

Hazırda oxunan: Ağadadaş Ağayevin qulağına nə olub?
203473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Ağadadaş Ağayevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Ötən gün "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən xanəndə medianın diqqət mərkəzində qalmaqda davam edir.

Bizim.Media xəbər verir ki, görüntülərdə Xalq artistinin qulağındakı zədə nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Hətta məlum insidentin bu zədə üzündən baş verdiyi iddia olunur.

"Yeni Sabah" bununla bağlı məlumatlar əldə edib. Müğənninin yaxın qohumlarından biri açıqlamasında Ağadadaş Ağayevin xəstəliyinin son vaxtlar şiddətləndiyini bildirib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar olaraq, xanəndə stres və dərin sarsıntı keçirir. Bu isə onun tez-tez yaxın ətrafı, ailə üzvləri və dostları ilə münaqişəyə girməsinə səbəb olur.
Qohumunun dediyinə görə, belə xoşagəlməz hallardan biri də 3-4 gün əvvəl evdə baş verib və nəticədə Ağadadaş Ağayev qulağından yüngül xəsarət alıb.

Müğənninin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq, yaxın ətrafının son günlər onunla daha ehtiyatlı davrandığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO