400-dən çox şəxs namizədliyini irəli sürüb – RƏSMİ

400-dən çox şəxs namizədliyini irəli sürüb – RƏSMİ

Hazırda oxunan: 400-dən çox şəxs namizədliyini irəli sürüb – RƏSMİ
202075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İyulun 13-dən etibarən namizədlərin sənədlərinin qəbul edilməsi, onların qeydiyyata alınması prosesinə başlamışıq. Seçkiyə start verildikdən sonra passiv seçki hüququna malik vətəndaşlarımız sənədlərini ilkin mərhələdə təqdim ediblər".

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu günə olan statistikaya görə, 401 passiv seçki hüququna malik olan vətəndaş sənədlərini seçkilərdə namizəd qismində iştirak üçün dairə seçki komissiyalarına təqdim edib:

"Siyasi partiyalar kifayət qədər fəaldırlar. Onların arasında 168 şəxs siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır. Ümid edirik ki, bu proses eyni məcrada davam edəcək. İddiaçıların qanunvericiliyə uyğun formada prosesi davam etdirməsi zəruridir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO