Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO

Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO
199373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 26-da Bakıda həmkəndlisi İsmayıl Allahverdiyev tərəfindən güllələnən 24 yaşlı Tural Kosayev doğulduğu Qazaxın Daş Salahlı kəndində dəfn edilib.

Bizim.Media xəbər verir ki, mərhumun atası Kamil Kosayev oğlunu qətlə yetirən İsmayıl Allahverdiyevi tanımadığını, onunla heç bir problemlərinin olmadığını söyləyib.

"Kaş ki, ayağından vurardı, balam yaşayardı. Bəlkə, ayağı kəsilərdi, gələrdi, gözümün qabağında olardı. Yaşayardı, nəfəsi gələrdi. Kaş o torpağa mən girərdim", - mərhumun atası deyib.

Baku TV hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Allahverdiyevin də evində olub. Qonşular ailənin Bakıya yollandığını bildiriblər:

"Deyilənə görə, ikisi də eyni qızı istəyirmiş. İsmayılı döyüblər. O da "burada durun, gəlirəm" deyib. Silahı götürüb gəlib, oğlanı vurub".

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Ətraflı videomaterialda:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO