“Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır” – DİN-dən XƏBƏRDARLIQ  

“Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır” – DİN-dən XƏBƏRDARLIQ  

Hazırda oxunan: “Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır” – DİN-dən XƏBƏRDARLIQ  
197308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi (DİN) ahıl və tənha vətəndaşların dələduzluğa məruz qalması ilə bağlı xəbərdarlıq edib. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı vətəndaşlara kütləvi zənglər edilir: 

"Naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər.

Cinayətkar şəxslər və qruplar tərəfindən əsasən ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir. 
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO