Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO

Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
197010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda tanınmış aktyor, Lənkəran Dövlət Dram Teatrının sevilən siması Əlibala Əsgərov 69 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, aktyor uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlibala Əfsər oğlu Əsgərov 28 yanvar 1955-ci ildə Sumqayıt şəhərində anadan olub. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhər mədəniyyət evində əmək fəaliyyətinə başlayıb.

Lənkəran Dövlət Dram Teatrında  1975-ci ildən işləyir. 1978-1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində təhsil alıb.    
Aktyorun milli klassiklərimizin əsərlərinin tamaşalarında ifa etdiyi rollar Vəzir Mirzə Həbib, Əsgər bəy (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Məşədi Oruc (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ağa Kərim Xan Ərdəbili (“Ağa Kərim Xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Məşədi Seyfulla, Odabaşı və Xudayar xan, Firudin bəy, Qasid, Mirzə Qoşunəli (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Ağakişi (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Şiruyə (“Fərhad və Şirin”, Səməd Vurğun), Musa (“Nadir şah”, Nəriman Nərimanov) olub.

Bundan başqa aktyor Azərbaycan müəlliflərinin müxtəlif janrlı dramlarında da rol alıb.


Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO