
- A-
- A
- A+
Cəmiyyət
21:46 / 11.06.2024
1 dəq oxunma
Şəkidə güclü şimşək çaxıb, evlərdə elektrikli məişət əşyaları yararsız hala DÜŞÜB
Hazırda oxunan: Şəkidə güclü şimşək çaxıb, evlərdə elektrikli məişət əşyaları yararsız hala DÜŞÜB
196828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün axşam saatlarında Şəkidə şimşəklə müşahidə edilən yağıntılı hava şəraiti qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şimşəklə müşahidə edilən leysan yağışı zamanı şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektində, 14 nömrəli məktəbin yaxınlığında yerləşən evlərdə yaşayan sakinlər şimşəklə yanaşı bərk səs eşidiblər.
Bundan sonra mənzillərdə elektrikə qoşulu olan məişət və texniki alətlər sıradan çıxıb. İlkin məlumata görə, bir küçədə yerləşən beş mənzildə Wi-Fi modemi, iki evdə televizor daha bir neçə mənzildə isə digər məişət avadanlıqları yararsız vəziyyətə düşüb.
Sakinlər məsələ ilə bağlı müvafiq qurumlara müraciət edib. Məsələ araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































