Əli Nağıyev MDB-nin iclasında – FOTO

Əli Nağıyev MDB-nin iclasında – FOTO

Hazırda oxunan: Əli Nağıyev MDB-nin iclasında – FOTO
193976
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

Beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub.
Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.

Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilmiş, ətraflı müzakirələr aparılmış və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.

Əli Nağıyev MDB-nin iclasında – FOTO - foto 1
Əli Nağıyev MDB-nin iclasında – FOTO - foto 2
Əli Nağıyev MDB-nin iclasında – FOTO - foto 3
Əli Nağıyev MDB-nin iclasında – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO