Dünyanın ən etibarlı avtomobilləri - SİYAHI

Dünyanın ən etibarlı avtomobilləri - SİYAHI

Hazırda oxunan: Dünyanın ən etibarlı avtomobilləri - SİYAHI
193587
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı məlum olub.

Bizim.Media "gazeta.ru" saytına istinadən xəbər verir ki, reytinq "HotCars" portalı tərəfindən tərtib edilib. Buraya 805 min km-dən çox məsafə qət edə bilən avtomobillər daxildir.

Siyahıya 2010-2015-ci illərdə istehsal olunmuş "Hyundai Elantra" başçılıq edir. Avtomobil 132 at gücü hasil edən 1,6 litrlik mühərriklə təchiz edilib. O, 1,6 milyon km-dən çox məsafə qət etməyə qadirdir. "Chevrolet Silverado" pikapı (1988-2002) ikinci, "Ford Super Duty" pikapı isə (2011-2016) üçüncü yeri tutub.

İlk beşliyə, həmçinin "Toyota Tacoma" (2005-2015) və" Porsche 911 Turbo" (1973-1989) modelləri daxil olub.
Onların ardınca "Honda Accord" (1990-1993), "Mercedes-Benz E-Class" (1993-1996) və "Chevrolet Corvette" (1997-2004) kimi modellər gəlir. Bir qədər zəif nəticələri "Volkswagen Golf" (2003-2008), "Nissan Frontier" (2005-2007), "Mazda MX-5" (1989-1997) və "Ford Mustang" (1964-1973) göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO