Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI

Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI

Hazırda oxunan: Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI

191295

Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub zonasında olan lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

“Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərir. Baxmayaraq ki, həmin ərazilər üçün bu sürüşmələr geoloji mənada xarakterikdir. Böyükhəcmli proseslər hələ ki baş verməyib”, - o deyib.

Agentliyinin rəisi əlavə edib ki, Bakının ən təhlükəli saydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakter daşıyır.

“Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digər qurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakin müəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərində müşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərti ilə, Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.

Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildə yeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalarda monitorinq aparılır, koordinatları müəyyənləşdirilir, xəritəyə əlavə edilir və monitorinq şəbəkəsinə daxil edilir”, - deyə Ə. Əliyev qeyd edib.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO