Bakıda restoran sahibindən qeyri-adi addım:  Müştərilərin hesabını öz cibindən ödədi - VİDEO

Bakıda restoran sahibindən qeyri-adi addım: Müştərilərin hesabını öz cibindən ödədi - VİDEO

Hazırda oxunan: Bakıda restoran sahibindən qeyri-adi addım: Müştərilərin hesabını öz cibindən ödədi - VİDEO

190723
Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını ödəməli olub.xa0

Moderator.az xəzərxəbər-ə istinadən məlumat verir ki, Azərbaycan-San Marino (5-1) futbol yığmalarının oyunu zamanı komandamızın vuracağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib.

Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO