ABŞ Prezidenti Donald Tramp özünü Yer kürəsini çiyinlərində daşıyan nəhəng rolunda təqdim edib.
Bizim.Media xəbər verir ki, o, süni intellekt vasitəsilə yaradılmış müvafiq şəkli "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Fotoda Amerika liderinin planetin ağırlığı altında əyildiyi əks olunub. Trampın bir çiyninə Amerika bayrağı atılıb, prezidentin özü isə qayalıq bir yerdə dayanıb. Tramp paylaşılan şəklə heç bir şərh əlavə etməyib.
Qeyd edək ki, izləyicilər Trampın özünü Yunan mifologiya qəhrəmanı Atlasa bənzətdiyini yazıblar. Atlas yunan mifologiyasında səma tanrısı, titanlar ailəsidir. O, Zevs tərəfindən Yer kürəsini çiyinləri üzərində saxlamaqla vəzifələndirilib.

Bizim.Media





































































































