Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Hazırda oxunan: Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO
621987
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəmizin balıq bazarında mövsümi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, müxtəlif növ balıqların satışı davam edir. Hazırda bazarlarda satışa çıxarılan balıqların böyük əksəriyyəti xaricdən gətirilən və ya təsərrüfatlarda yetişdirilən məhsullardır.

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı videomaterialda bildirilib.

Bazarlarda alıcılara əsasən farel balığı təqdim olunur. Satıcıların sözlərinə görə, tələbatın bir hissəsini idxal olunan balıqlar təşkil edir.
 

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevin sözlərinə görə, ölkədə akvakultura məhsullarının illik istehsal həcmi təxminən 3500-4000 ton təşkil edir ki, bu da daxili istehlakın yalnız kiçik bir hissəsini qarşılayır.


Alıcılar seçim imkanlarının məhdud olduğunu bildirsələr də, bəziləri təqdim olunan məhsullardan razı qaldıqlarını qeyd edirlər. Satıcılar isə qiymətlərin balığın növündən, çəkisindən və mənşəyindən asılı olaraq dəyişdiyini vurğulayırlar.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO