Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

621978

2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub.

Bizim.Media xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.

O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. “Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir.
 

Hazırda 67 hakimliyə namizədlə müsahibələr artıq yekunlaşdırılıb. Yaxın zamanda müvəffəqiyyət qazanmış namizədlərlə bağlı nəticələr elan ediləcək”, - deyə K.Mansurov əlavə edib.


K.Mansurov hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda daha fəal iştiraka dəvət edib. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO