90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Hazırda oxunan: 90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

621931

Alimlər müasir həyat tərzi ilə orqanizmin sürətlə qocalması arasında əlaqə aşkar ediblər. Yeni araşdırmaya görə, 1990-cı illərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə daha sürətlə bioloji qocalır və bu, erkən yaşlarda xərçəng riskinin artmasına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan araşdırmaya görə, son 30 ildə 50–55 yaşdan aşağı insanlarda aşkarlanan xərçəng halları qlobal miqyasda ciddi şəkildə artıb. 1990–2019-cu illər ərzində bu yaş qrupunda xərçəng diaqnozlarının sayı 24 faiz yüksəlib.
 

Tədqiqat müəlliflərinin sözlərinə görə, xüsusilə ABŞ-da qan, yoğun bağırsaq və uşaqlıq xərçəngləri hallarında artım diqqət çəkir. Bundan başqa, Avstraliya və ABŞ-da 1990-cı illərdə doğulan insanların bağırsaq xərçənginə tutulma ehtimalı 1960-cı illərdə doğulanlarla müqayisədə dörd dəfə yüksəkdir.


Alimlər bunun əsas səbəblərindən birinin "sürətlənmiş bioloji qocalma" olduğunu düşünürlər. Bu zaman orqanizm təqvim yaşından daha sürətlə köhnəlir. Prosesə xroniki iltihab, genetik zədələnmələr və immun sistemində baş verən dəyişikliklər təsir göstərərək şişlərin yaranması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, hər orqan fərqli sürətlə qocaldığı üçün xərçəng riski həm bütün orqanizmdə, həm də ayrı-ayrı sistemlərdə, məsələn, ağciyər və ya bağırsaqlarda arta bilər.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr sürətlənmiş bioloji qocalma ilə erkən xərçəng arasında əlaqəni göstərir, lakin bunun yeganə səbəb olduğunu sübut etmir. Bu sahədə əlavə araşdırmalara ehtiyac var. (lent.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO