Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

Hazırda oxunan: Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

621903

Rusiya Silahlı Qüvvələri Mikolayev vilayətinin Voznesensk aerodromunda Ukrayna ordusuna məxsus döyüş təyyarələrini və yerüstü təminat texnikasını məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
 

"Aerodroma iki ədəd "Geran-4 Siker" pilotsuz uçuş aparatının tətbiqi ilə endirilən zərbə nəticəsində aviasiya məhv etmə vasitələri ilə təchiz olunmuş iki ədəd MiQ-29 təyyarəsi, yanacaqdoldurma maşını, APA-5D xüsusi avtomobili, həmçinin təyyarələri uçuşa hazırlamaq üçün gələn uçuş və mühəndis-texniki heyət məhv edilib", - qurumun şənbə günü yaydığı məlumatda deyilir.


Müdafiə Nazirliyi vurğulayıb ki, Ukraynaya məxsus iki ədəd MiQ-29 qırıcısının uçuşa hazırlanması Mikolayev vilayətinin Voznesensk aerodromunda kəşfiyyat-zərbə fəaliyyətlərinin aparılması zamanı aşkarlanıb.

"Döyüş təyyarələrindən biri aviasiya məhv etmə vasitələri ilə birlikdə dəmir-beton sığınacağın qarşısındakı duracaqda olub. İkinci təyyarə isə sığınacağın daxilində yanacaqdoldurma maşınından yanacaq qəbul edirmiş", - məlumatda qeyd olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO