Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Hazırda oxunan: Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

621907

Mərkəzi Afrika Respublikası ölkədə vəba epidemiyasının yayıldığını elan edib.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Banqinin cənub-qərbində yerləşən Bimbo və Mbayki səhiyyə dairələrində vəba epidemiyasını rəsmən təsdiqləyib.

İndiyədək xəstəliklə əlaqəli 24 ölüm hadisəsi qeydə alınıb, 197 nəfərə isə xolera diaqnozu qoyulub.

Nazir əlavə edib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün zərərçəkmiş bölgələrdə və yaxınlıqdakı şəhərlərdə profilaktik tədbirlər həyata keçirilir.

Xolera bakteriya ilə çirklənmiş su və qida vasitəsilə yayılır. Xəstəlik ağır ishal və susuzlaşmaya səbəb ola bilər. Bu virus inkişaf etmiş ölkələrdə nəzarət altına alınsa da, təmiz içməli suya çıxışın məhdud olduğu yoxsul bölgələrdə hələ də ciddi təhlükə olaraq qalır.

Hazırda səlahiyyətli qurumlar epidemiyanın mənbəyini araşdırır. Bu, ölkədə qeydə alınan beşinci vəba epidemiyasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO