Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Hazırda oxunan: Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

621928

Almaniyada davam edən isti hava dalğası fonunda növbəti temperatur rekordu qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya-Anhalt əyalətinin Yerixover Land bölgəsində yerləşən meteoroloji stansiyada havanın temperaturu 41,5 dərəcəyə çatıb. Bununla da ötən gün Saarbrükendə ölçülən 41,3 dərəcəlik rekord yenilənib.
 

Ekstremal istilər nəqliyyat infrastrukturunda da problemlərə səbəb olub. Yüksək temperatur nəticəsində avtomobil yollarının asfalt və beton örtüklərində zədələr yaranıb. Buna görə də bəzi avtomagistralların müəyyən hissələri qismən bağlanıb, bir sıra ərazilərdə sürət məhdudiyyətləri tətbiq edilib.


İsti hava Avropanın digər ölkələrində də rekord göstəricilərlə müşayiət olunur. Danimarkada 1874-cü ildən bəri ən yüksək temperatur - 37 dərəcə qeydə alınıb. İsveçrənin Bazel şəhərində temperatur 38,8, Çexiyanın Doksani şəhərində isə 40,6 dərəcəyə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO