Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hazırda oxunan: Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

621866

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı yaş həddinin 35-dən 30-a endirilməsi dövlətin xərclərini azaldıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
 

Xidmət rəisi bildirib ki, bu layihə hazırlanarkən Xidmət çoxlu aspektləri təhlil edib və nəticədə yaşı 30-dan yuxarı olanların sağlamlıq durumlarının gənclərlə eyni olmadığını, digər tərəfdən isə bu kateqoriyaya məxsus vətəndaşlarımızın əksəriyyəti ailəli olmaqla yanaşı, haradasa işləmələri haqda qənaətə gəldiyindən layihənin son versiyası işlənilib və aidiyyəti üzrə təqdim olunub:


“Cənab Prezident humanist addım ataraq bu dəyişikliyə razılıq verib və nəticədə qanunvericilik dəyişib. O ki qaldı xərclərin azalmasına, təbii ki, yaş həddinin aşağı salınması bu meyara da müsbət təsir göstərib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO