İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı təhlükəsizlik zonasında uzunmüddətli qalmaq üçün hazırlıq işləri aparır.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
“Baş nazir və mən SAXAL-a təhlükəsizlik zonasında uzunmüddətli qalmağa hazırlaşmağı, əsgərlərin qorunması və şimaldakı yaşayış məntəqələrinə yönəlmiş təhdidlərin aradan qaldırılması üçün müvafiq qaydada hazırlıq görməyi tapşırmışıq”, - nazirliyin rəhbəri qeyd edib.
Kats vurğulayıb ki, Vaşinqtonda imzalanmış razılaşma şiə hərəkatı "Hizbullah" tam tərksilah edilməyənə və İsrailin şimal sakinlərinin təhlükəsizliyi təmin olunmayana qədər İsrail qüvvələrinin Livanın cənubundan geri çəkilməsini nəzərdə tutmur.
Qeyd edək ki, yunun 26-da Baş nazir Benyamin Netanyahu bildirib ki, bu ölkədən gələn milli təhlükəsizlik təhdidləri davam etdiyi müddətcə SAXAL Livanın cənubundakı bufer zonanı tərk etməyəcək.
Bizim.Media




































































































