Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Hazırda oxunan: Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO
621981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) Venesuelada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə 5 milyon avro məbləğində təcili humanitar yardım ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas özünün rəsmi "X" sosial şəbəkə hesabında paylaşıb.

K.Kallas Venesuelanın Prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes ilə telefon danışığı apardığını və təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Brüsselin operativ addımlar atdığını bildirib.

Aİ rəsmisinin sözlərinə görə, qərar çərçivəsində Avropa Mülki Müdafiə Mexanizmi işə salınıb.
 

Artıq ittifaqa daxil olan bir neçə üzv dövlət fəlakət bölgəsinə təcili olaraq axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibbi personal göndərib. Bundan əlavə, dağıntıların miqyasının dəqiq xəritələndirilməsi və yardımların ən çox ehtiyac duyulan nöqtələrə sürətlə yönləndirilməsi üçün Aİ-nin "Copernicus" peyk sistemi də Venesuelanın fövqəladə hallar xidmətlərinə aktiv şəkildə dəstək göstərir.


Qeyd edək ki, iyunun 24-də Venesuelada bir dəqiqədən az fərqlə 7.2 və 7.5 bal gücündə iki ardıcıl güclü zəlzələ baş verib. Son bir əsrin ən dağıdıcı təbii fəlakətlərindən biri hesab olunan bu hadisə nəticəsində rəsmi rəqəmlərə görə ölənlərin sayı artıq min nəfəri ötüb, minlərlə ailə isə evsiz qalıb.

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO